AVRO-2020: Türkiyə - Uels oyunu başladı
16 İyun 2021 20:16 İdmanBakı Olimpiya Stadionunda AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun start götürüb.
A qrupunda mübarizə aparan Türkiyə və Uels milliləri qarşılaşır.
Qeyd edək ki, A qrupunun 3 matçının və /4 final mərhələsinin bir oyunu Bakıda keçirilməsi nəzərdə tutulub.
İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb.
Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31