Kristian Eriksen xəstəxanadan FOTO paylaşdı
15 İyun 2021 16:29 İdmanDanimarka millisinin və "İnter"in futbolçusu Kristian Eriksen xəstəxanadan foto paylaşıb.
Olaylar.az bildirir ki, futbolçu hazırda vəziyyətinin yaxşı olduğunu bildirib. "Dünyanın hər yerindən gələn mesajlarınıza görə təşəkkür edirəm. Mən və ailəm üçün bunun mənası böyükdür", - deyə Eriksen qeyd edib.
O, Danimarkaya dəstək verəcəyini də xatırladıb və komanda yoldaşlarına uğurlar arzulayıb.
Qeyd edək ki, K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itmişdi. Bu səbəbdən oyun dayandırılmışdı.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31