AVRO-2020: Macarıstan-Portuqaliya matçını Cüneyt Çakır idarə edəcək
14 İyun 2021 15:55 İdmanFutbol üzrə Avropa çempionatının F qrupu çərçivəsində keçiriləcək Macarıstan-Portuqaliya matçı türkiyəli hakimlər briqadasına həvalə olunub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq.
Referiyə Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şkarer yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 15-də Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31