Çempionlar Liqasının finalı Türkiyədən alındı!
11 May 2021 09:53 İdman"Çelsi" və "Mançester Siti" klublarının qarşılaşacağı Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter hesabında yazıb. O, bu barədə rəsmi məlumatın tezliklə açıqlanacağını bildirib.
Final qarşılaşmasının İstanbuldan alınmasının səbəbi İngiltərə hökumətinin Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil etməsi olub. Matçın təşkili üçün əsas namizəd şəhərlər isə London və Lissabondur.
Qeyd edək ki, final görüşü mayın 29-da Atatürk Olimpiya Stadionunda baş tutmalı idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31