"Roma" baş məşqçisi ilə vidalaşır

İtaliyanın "Roma" klubu cari mövsümün sonunda baş məşqçisi Paulu Fonseka ilə yollarını ayıracaq.

Olaylar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin iyunun 30-da başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, Paulu Fonseka 2019-cu ilin iyulundan "Roma"ya başçılıq edirdi. O, "canavarlar" heç bir titul qazana bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31