“Fənərbaxça”-“Qalatasaray” derbisində 393-cü qarşılaşma
5 Fevral 2021 18:54 İdmanSabah "Fənərbaxça" və "Qalatasaray" futbol klubları, Super Liqa tarixində 393-cü dəfə qarşılaşacaq.
"İki sahil" xəbər verir ki, 122 illik rəqabətdə "Fənarbaxça" qələbələri və vurduğu qolların sayına görə üstünlük təşkil edir. 17 yanvar 1909-cu ildə Ülkər Stadionunun yerləşdiyi "Papazın Çayırı" adlanan yerdə təşkil edilən ilk görüş "Qalatasaray"ın 2-0 qələbəsi ilə başa çatıb.
Qalan 392 matçın 146-da "sarı-larcivədlər", 124-də "sarı-qırmızılı" komanda qalib gəlib. 122 matçda isə tərəflər bərabərliyə razı olublar.
"Fənərbaxça"nın 536 qoluna "Qalatasaray" 488 qolla cavab verib. Komandalar 63-cü mövsümünü oynadığı Super liqa tarixində 127 dəfə qarşılaşıb.
Liqa matçlarında üstünlüyünü əks etdirən "Fənərbaxça", qələbə sayında rəqibinə 50-34 üstünlük qurub. Liqadakı 43 oyun heç-heçə ilə nəticələnib. Bu matçlarda "sarı-larcivədli" klub 158, cim-bom isə 122 qol vurub.
Xatırladaq ki,tərəflər arasında oynalınan son 10 rəsmi matçda hər iki komanda 2 dəfə qalib gəlib və 6-sı bərabərə bitib.