Ozan Kabak: Xəyallarım reallaşdı
3 Fevral 2021 17:27 İdman"Anfilddə oynamaq həqiqətən möhtəşəmdir. "Liverpul" uşaqlığımdan bəri dəstəklədiyim komandadır. Həmişə burada ecazkar azarkeşlərin qarşısında oynamaq istəyirdim. Bu bir xəyal idi. Məni dəstəkləyən hər bir insana təşəkkürümü bildirirəm. Hər zaman olduğu kimi sona qədər mübarizə aparacağam və sizin dəstəyinizə layiq olmağa çalışacağam. Dünən gecə yata bilmədim. Ən qısa müddətdə "Liverpul"a gəlmək istəyirdim. İndi daha rahat yata bilərəm."
"İki sahil" xəbər verir ki, bu sözləri klubun rəsmi saytına açıqlamalarında Premyer Liqa nəhəngi ilə müqavilə imzalayan Ozan Kabak bildirib: "Premyer Liqa ən yüksək səviyyəli çempionatdır. Mənim üçün böyük bir problem olmayacaq və mən buna hazıram. Van Dijk dünyanın ən yaxşı müdafiəçisidir. Güclü, sürətli, ağıllı... Onu özümə kumir görürəm. Düzü, onunla görüşməyi səbirsizliklə gözləyirəm."
Xatırladaq ki türk müdafiəçi yeni klubunda 19 nömrəli formanı geyinəcək.