Premyer Liqada 15-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun oyun cədvəli məlum olub.

Olaylar.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun mərkəzi görüşündə lider "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni qəbul edəcək. Fevralın 13-də keçiriləcək bu oyuna saat 18:30-da start veriləcək.

Azərbaycan Premyer Liqası

15-ci tur

13 fevral

Sumqayıt - Səbail

Sumqayıt şəhər stadionu 16:00

Qarabağ - Neftçi

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30

14 fevral

Qəbələ - Keşlə

Qəbələ şəhər stadionu, 15:00

Zirə - Sabah

Zirə İdman Kompleksinin stadionu, 17:00

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31