Antonio Kassano: “Real Madrid”də 7 ayda 14 kilo kökəldim

"İlk dəfə Madridə gedəndə 12 kq arıqladım. Sonra hamısını geri aldım."

Olaylar.az xəbər verir ki, bu fikirləri İtaliya mətbuatına açıqlamalarında  keçmiş italyan hücumcu Antonio Kassano bildirib.

O, kökəlməyinin də səbəbini gizlətməyib: "Nutella" o dövrdə klubun sponsorlarından biri idi. Hər ay məhsul göndərirdilər. Kapello baş məşqçi  gələndə iki matçda iki qol vurdum və özümü bir kral kimi hiss etdim. Sonra "Lion"la matçında məni oyundan kənarlaşdırdı və mən onunla mubahisə etdim. Kapello da məni heyətdən kənarlaşdırdı. Həmin dönəm qaşıq-qaşıq Nutella yedim və 7 ayda 14 kilo kökəldim. Heç bir şeyə əhəmiyyət vermirdim."

Xatırladaq ki, keçmiş futbolçu 2006-cı ildə "Roma"dan "Real Madrid"ə transfer olunub. Ümüdləri doğrultmayan İtalyan oyunçu İspaniya  nəhəngində  24 oyuna  3 qol vurmağı bacarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31