Kişi voleyboyçular 3 ölkənin komandası ilə mübarizə aparacaq
29 Yanvar 2021 13:25 İdmanKişi voleybolçular arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının vaxtı açıqlanıb. "OLAYLAR"-a Federasiyadan daxil olan xəbərə görə, yığmamız F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstan millilərinə qarşı mübarizə aparacaq. Reqlamentə əsasən oyunlar iki dövrədən ibarət olacaq. Birinci dövrə Gürcüstanda, ikinci dövrə isə Montenegroda baş tutacaq. Millimiz ilk matçını may ayının 7-də Gürcüstanda Montenegro yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.