Aleks de Souzadan Məsut Özilə: Xoş gəlmisən

"Fənərbaxça"nın unudulmaz oyunçularından olan Alex de Souza, sarı-larcivədlərin  yeni transferi Məsut Özil haqqında xoş sözlər işlədib.

Olaylar.az xəbər verir ki, braziliyalı ulduz futbolçu bu barədə öz sosial media hesabında paylaşım edib.

"Məsut "Fənərbaxça"ya xoş gəlmisən. Sol ayağının sehri hər kəsi ovsunlasın. Sənə bu möhtəşəm azarkeşlərin qəlbini fəth etməyi arzulayıram" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31