Messi ilə bağlı apelyasiya şikayəti təmin edilmədi
22 Yanvar 2021 17:10 İdmanİspaniyanın "Barselona" klubunun Lionel Messi ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Olaylar.az apasport.az-a istinadla bildirir ki, İspaniya Kral Futbol Federasiyası Liqa1 təmsilçisinin şikayətini təmin etməyib.
Argentinalının iki oyunluq diskvalifikasiyası qüvvədə saxlanılıb. Messi XX turun "Elçe" ilə görüşünü də buraxmalı olacaq. Cənubi amerikalı ölkə kubokunun 1/16 final mərhələsinin "Korneliya" ilə görüşündə (2:0) cəzanın ilk matçını buraxıb.
Qeyd edək ki, Messi Superkubokun "Atletik"lə final oyununda (2:3) rəqibə arxadan zərbə vurduğu üçün qırmızı vərəqə alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31