Superliqa klubunda baş məşqçi istefası

Türkiyənin "Göztəpə" klubu baş məşqçisi İlhan Palutla yolları ayırıb.

Olaylar.az xəbər verir ki, o, Superliqanın 18-ci həftəsində   ev oyununda "Antalyaspor"a 0:1 hesablı məğlubiyyətdən sonra istefa qərarını rəhbərliyə çatdırıb.

İlhan Palut ötən ilin qışından İzmir təmsilçisini çalışdırırdı.

Qeyd edək ki, "Göztəpə" 19 xalla 14-cü pillədə qərarlaşıb.(iki sahil)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31