Özil “Fənərbağça” ilə anlaşdı

Mövsümün sonunda "Arsenal"la müqaviləsi bitəcək Məsut Özilin yeni klubunun adına aydınlıq gəlib.

Olaylar.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü "Fənərbağça" ilə 3,5 illik razılıq əldə edib.

Müqaviləyə əsasən, Özilin ilk 6 aylıq maaşını London klubu ödəyəcək. Onun "Fənərbağça"da illik qazancı isə 5 milyon avro olacaq.  

Daha əvvəl Məsutun Amerikanın MLS liqasının klubu "Di Si Yunayted"lə danışıqlar apardığı barədə məlumat yayılmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31