“Əl-Hilal” klubu Diyeqo Kostanı transfer etmək istəyir

Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubu, 2,5 illik müqavilə qarşılığında Diyeqo Kostaya 17 milyon avro təklif etməyə hazırlaşır.

Olaylar.az xəbər verir ki, "Atletiko Madrid" ilə müqaviləsini ləğv edən Diyeqo Kosta Səudiyyə Ərəbistanından astronomik bir təklif alıb.

"Atletiko Madrid" ilə razılaşa bilmədiyi üçün ayrılmağa qərar verən Kostanın bu yüksək təklifi qiymətləndirəcəyi, ancaq Avropanı tərk etmək fikrində olmadığı ifadə edilib.

Xatırladaq ki, bundan əvvəl adı Türkiyə klubları ilə də hallanan 32 yaşlı hücumçu Diyeqo Kosta, mövsümün ilk dövrəsində 7 matçda 2 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31