Pirlodan Olivier Giroud açıqlaması

"Yuventus"un  baş məşqçisi Andrea Pirlo "Chelsi"də oynayan Olivier Giroud haqqında danışıb.

"İki sahil" xəbər verir ki, Andrea Pirlo son zamanlardakı yaxşı oyunu ilə fərqlənən  fransız hücumçunun komandaya yarayacağını bildirib.

Gənc məşqçi Andrea Pirlo deyib: "Giroud bizim üçün işləyə biləcək bir hücumçudur. Transfer pəncərəsi açılıb və bu haqda əvvəlcədən rəhbərliyə məlumat vermişəm. Rotasiyada başqa bir hücumçumuz da olsa yaxşı olar."

Qeyd edək ki, 34 yaşlı veteran hücumçunun müqaviləsi iyun ayında başa çatır.

Giroud bu mövsüm 15 rəsmi matçda 9 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31