Açıq havada idman yarışları və oyunlarına icazə verildi
10 Avqust 2020 12:54 İdmanBu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.
Olaylar.az xəbər verir ki, icazə idman mallarının istehsalına da aid edilib.
Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) 2020/2021-ci illər mövsümünün startı ilə bağlı avqustun 12-də AFFA-nın inzibati binasında püşkatma mərasimi keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31