Bakıdakı İslam Oyunlarının qalibi öldürüldü
Bakıdakı İslam Oyunlarının qalibi öldürüldü
7 Avqust 2020 13:01 İdmanİnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.
Bu, 25 yaşlı Müslim Yevloyevdi.
Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü idi.
O, indiyədək, Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının, "Yaşar Doğu" kubokunun qalibi olub. Yevloyev həm də güləş üzrə Asiya çempionudur. //Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31