Açıq havada idman yarışlarının keçirilməsinə icazə verilmədi
3 Avqust 2020 16:52 İdmanAzərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax) və rayonlarda (Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) açıq havada idman yarışlarının və oyunlar da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinə qoyulan qadağa 2020-ci il 31 avqust saat 00:00-dək qüvvədə saxlanılıb.
Bu barədə Operativ Qərargah məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31