Azərbaycan voleybolçuları bu tarixdə mübarizəyə qoşulacaq

Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb.

Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb. Koronavirus pandemiyası üzündən təxirə salınan yarışların seçmə mərhələ oyunları gələn ilin əvvəlində baş tutacaq.

"OLAYLAR" -a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, qadınlardan ibarət Azərbaycan millisi birbaşa AVRO-2021-dən mübarizəyə başlayacağından, kişi voleybolçularımız seçmə mərhələdə qüvvəsini sınayacaq. Komandamız 1-ci dövrəni yanvarın 7-10-da Gürcüstanda, 2-ci dövrəni ayın 14-17-də Monteneqroda keçiriləcək.

Qeyd edək ki, millimiz F qrupunda Gürcüstan və Monteneqro ilə yanaşı, Yunanıstanla üz-üzə gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31