İngiltərə stadionunda Üsamə bin Ladenin şəkli
25 İyun 2020 16:26 İdmanİngiltərə Çempionşip təmsilçisi "Lids"in ev oyunlarını keçirdiyi stadionda "Əl Qaidə" terror təşkilatının sabiq rəhbəri Üsamə bin Ladenin şəkli görüntülənib.
"Lids" stadiona girişi qadağan olunan azarkeşlərindən tribunalara yerləşdirmək üçün özlərinin və ya sevdiklərinin şəkillərini göndərməyi istəyib.
Azarkeşlərdən biri isə məhz bin Ladenin şəklini göndərib. Klub əvvəlcə şəkli tribunaya yerləşdirib. Ancaq sonra şəkil çıxarılıb.
qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31