Yaponiya dünya çempionatından imtina etdi
22 İyun 2020 13:52 İdmanYaponiya Futbol Federasiyası 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi etmək üçün verdiyi ərizəni geri götürüb.
Qərara koronavirus pandemiyası ilə bağlı vəziyyət təsir edib.
İlkin plana görə mundial Tokio, Osaka və Kioto daxil olmaqla, bir sıra böyük şəhərlərdə keçirilməli idi.
FIFA iyunun 25-də dünya çempionatına ev sahibliyi edəcək ölkəni seçəcək. Hazırda Avstraliya və Yeni Zelandiya yarışı birlikdə təşkil etmək niyyətindədir. Kolumbiya da mundial üçün namizədliyini verib.
Qeyd edək ki, daha əvvəl Braziliya DÇ-2023-dən imtina edib.
cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31