Dünya Kuboku ləğv edildi

Martda İspaniyanın Marbelya şəhərində keçirilməsi planlaşdırıldığı halda koronavirus pandemiyasına görə təxirə salınmış bədii Gimnastika üzrə Dünya Kuboku barədə qərar verilib.

Bir neçə dəfə təxirə salınmış turnir yekunda ləğv edilib.

Təqvimdə hələ ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək dünya çempionatı var. Yarış təxirə salınıb, amma ləğv olunmayıb.

Qeyd edək ki, daha öncə 24 - 26 apreldə Bakıda keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Dünya Kuboku təxirə salınıb.

report.az

Böyük Britaniyaya səfər edənlər iki həftəlik karantinə alınacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31