Yerevanda erməni futbolçuların büstləri oğurlandı
21 May 2020 04:05 İdmanRusiya Futbol İttifaqının sabiq vitse-prezidenti, Ermənistanın "Ararat" klubunun keçmiş futbolçusu və baş məşqçisi Nikita Simonyanın Yerevandakı büstü oğurlanıb.
Naməlum şəxslər Simonyanla yanaşı, klubun digər keçmiş üzvləri - Robert Tsaqikyan, Onik Abramyan və Arutyun Keyeyanın da heykəllərini aparıblar.
"Razdan" stadionunun qarşısında yerləşən büstləri "Ararat-73" heykəltəraş qrupu komandanın 1973-cü ildə SSRİ çempionatını və kubokunu qazanması şərəfinə hazırlayıb.
Qeyd edək ki, Nikita Simonyan 1973/1974 və 1984/1985 mövsümlərində "Ararat"a başçılıq edib.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31