Nurməhəmmədovun vəziyyəti yenidən pisləşdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun vəziyyəti yenidən pisləşib.

Həkimlər bir müddət öncə xəstəxanaya yerləşdirilmiş A.Nurməhəmmədovu ECMO aparatına (Extracorporeal membrane oxygenation) bağlamalı olublar. O, bir neçə gün əvvəl özünü daha yaxş hiss etsə də, yenidən komaya düşüb.

Qeyd edək ki, daha əvvəl Abdulmanap Nurməhəmmədovun koronavirusa yoluxduğu bəlli olub.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31