İbrahimoviçin heykəlinin yeri dəyişdirilir

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəlinin yeri dəyişdiriləcək.

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəlinin yeri dəyişdiriləcək.

Olaylar.az goal.az-a istinadən xəbər verir ki, heykəlin köçürülməsinə səbəb, onun bir neçə dəfə vandalizmə məruz qalmasıdır. Malmö bələdiyyəsi heykəlin yerinin dəyişdirilməsi üçün "Malmö" klubunun icraçı direktoru Niklas Karlnenlə müzakirəyə başlayıb.

İbrahimoviçin keçmiş klubu "Malmö"nün stadionu yaxınlığındakı heykəli bir neçə dəfə vandalizmə məruz qalıb. Buna səbəb, İbrahimoviçin İsveçin digər klubu "Hammarby"nin səhmlərinin bir hissəsini alması olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31