Həbibin atası koronavirusa yoluxub

Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovda COVID-19 aşkarlanıb.

Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovda COVID-19 aşkarlanıb.

Olaylar.az  fanat.az-a istinadən xəbər verir ki, Abdulmanapın vəziyyəti məşqdən sonra pisləşib. Həkimlərin əvvəlcədən 57 yaşlı mütəxəssisə xəbərdarlıq etdikləri və məşqlərdə iştiraka qadağa qoyduqları bildirilir.

İlk olaraq Abdulmanapa pnevmaniya diaqnozu qoyulub. O, koronavirus testi verməkdən imtina edib. Vəziyyəti pisləşdikdən sonra Abdulmanap Moskvaya aparılıb. Mənbəyə görə, paytaxtdakı xəstəxanada məşhur məşqçinin koronavirusa yoluxduğu məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31