Azərbaycanda hakimlər koronavirus testindən keçəcək

Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək.

AFFA-nın rəsmi saytı  xəbər verir ki, onlar assosiasiyanın təşkilatçılığı ilə bu həftə testdən keçəcəklər.

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.

PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31