Məşhur futbolçunun 95 yaşlı nənəsi koronavirusa qalib gəldi
4 May 2020 14:50 İdman"Monako"nun futbolçusu Sesk Fabreqasın 95 yaşlı nənəsi koronavirusa qalib gəlib.
Olaylar.az goal.az-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi İnstagram səhifəsində məlumat paylaşıb:
"Mənim nənəm-super qəhrəman 95 yaşında koronavirusa qalib gəldi. Təbii ki, o, bizim üçün həyatlarını fəda edən tibbi işçiləri və həkimlərin köməyi olmadan bunu bacara bilməzdi. Onların hamısına təşəkkür edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31