Messi 12 milyon avroya təyyarə aldı -FOTOLAR

Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi lüks təyyarə alıb.

Təyyarənin üzərində onun milli və klubunda geyindiyi formanın nömrəsi (10) yer alıb.

Təyyarənin pilləkənlərində isə Messinin, həyat yoldaşı Antonela və uşaqları Tiaqo, Çiro və Mateonun adları yer alıb.

Təyyarənin daxilində mətbəx, iki vanna otağı və 8 səkkiz çarpayıya çevrilən 16 kreslo yer alıb.

Qeyd edək ki, Messi bu təyyarə üçün 12 milyon avro ödəyib.

qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31