Daha bir qran-pri ləğv olundu

Formula 1 üzrə daha bir qran-pri təxirə salınıb.

İyunun 28-i Fransada keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə baş tutmayacaq.

Öncə Avstraliya, Bəhreyn, Vyetnam, Çin, İspaniya, Niderland, Kanada və Azərbaycan qran-priləri təxirə salınmışdı. Avstraliya və Monakodakı yarış isə ləğv edilmişdi.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31