Məşhur futbolçu karantin qaydalarını pozaraq modellərlə məclis qurdu - FOTO
26 Aprel 2020 11:14 İdmanİngiltərənin "Everton" klubunun hücumçusu Moyze Kin karantin günlərində modellərlə şənlik təşkil edib.
"The Sun" xəbər verir ki, 20 yaşlı futbolçu Çeşirdə yerləşən mənzilinə dostlarını və modelləri dəvət edib. İnternetdə onların məclisindən olan fotoları yayılıb. Dostlar şəkilləri "Karantindən təmizlənmə" adı ilə paylaşıblar.
Bundan sonra "Everton" klubu hücumçunu sərt tənqid edib. Klubun rəsmi bəyanatında bildirilib ki, hökumətin tövsiyələrinə ciddi əməl olunmasını əsas tuturlar.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31