Türkiyə Superliqasının bərpa tarixi məlum oldu
24 Aprel 2020 20:33 İdmanKoronavirusa görə yarımçıq dayandırılan Türkiyə Superliqasının oyunları iyunun 10-dan sonra bərpa oluna bilər.
Bunu Klublar Komitəsinin (KK) sədri Mehmet Sepil bu gün gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda deyib.
Komitə sədri liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlərin 11, 12 və ya 13 iyun olduğunu bildirib. O, çemionatı iyulun 26-dək yekunlaşdırmaq istədiklərini söyləyib. M.Sepil qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Türkiyə çempionatı martın 19-da dayandırılıb.
Yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31