UEFA daha bir Avropa çempionatını təxirə saldı
23 Aprel 2020 19:14 İdmanUEFA qadınlar arasında gələn il keçirilməli olan Avropa çempionatını təxirə salıb.
Olaylar.az qol.az-a istinadən xəbər verir ki, turnirin 2021-ci ildə yox, 2022-ci ildə keçiriləcəyi açıqlanıb. Bildirilib ki, kişilər arasında Avro-2020-nin koronavirus səbəbindən 2021-ci ilə salınması ilə əlaqədar bu qərar verilib.
UEFA qadın futbolunun inkişafı üçün hər iki turnirin eyni ildə keçirilməsini istəməyib. Bununla da, qadınlar arasında Avropa çempionatının 2022-ci ilin yayında yeganə böyük turnir olacağı vurğulanıb.
Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 6-31 iyul tarixlərində İngiltərədə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31