Futbol üzrə dünya çempionu koronavirusdan öldü
17 Aprel 2020 15:22 İdmanİngiltərə milli komandasının tərkibində 1966-cı ildə dünya çempionu olan futbolçu Norman Hanter koronavirusun qurbanı olub.
Keçmiş futbolçu 77 yaşında dünyasını dəyişib.
O, aprelin 10-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. N.Hanter "Lids" klubunun tərkibində iki dəfə İngiltərə çempionu adını da qazanıb.
Qeyd edək ki, bu günədək Böyük Britaniyada 103 mindən çox şəxs koronavirusa yoluxub, 14 minə yaxın xəstə vəfat edib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31