FİFA reytinqi – Millimiz neçəncidir?

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Olaylar.az bildirir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də ciddi dəyişiklik olmayıb. Siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31