Qadın voleybolçularımız beynəlxalq reytinqdə bir pillə irəlilədi
6 Aprel 2020 11:45 İdmanBeynəlxalq Voleybol Federasiyası (FİVB) yeni reytinq cədvəlini açıqlayıb. Siyahı Azərbaycan milliləri üçün uğurlu alınıb.
"OLAYLAR" -a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, 127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edirlər.
Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xala malik milli dünyada yenə 58-cidir. Bu siyahıda isə Braziliya liderdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31