Klub həkimi koronavirusa yoluxduğu üçün intihar etdi
6 Aprel 2020 09:11 İdmanFransanın "Reyms" klubunun həkimi Bernard Qonzales intihar edib.
Yenisabah.az xəbər verir ki, buna səbəb onun koronavirus infeksiyasına yoluxması olub.
Koronavirus testi müsbət çıxdıqdan sonra evdə həyat yoldaşı ilə birlikdə karantinə alınan Qonzales özünü öldürüb. O, məktub yazaraq, hərəkətinin səbəbini də izah edib.
Klub rəhbərliyi hadisə ilə bağlı bəyanatında həm onların, həm də həkimin ailəsinin şokda olduğunu vurğulayıb. /Apasport
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31