“Çempionatları ləğv etməyin” – UEFA

UEFA yerli çempionatların vaxtından əvvəl tamamlanması ilə bağlı quruma üzv 55 milli assosiasiyaya məktub göndərib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, UEFA cari çempionatları ləğv etməməyi tövsiyə edərək, futbolun yaxın gələcəkdə bərpa olunacağına ümidvar olduğunu vurğulayıb.

Vurğulanıb ki, pandemiyanın yarışların qaydalara uyğun keçirilməsinə mane olmaması da zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31