"Real Madrid"in sabiq prezidenti koronavirusa yoluxdu
24 Mart 2020 08:31 İdmanİspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.
"Report"un "El Mundo"ya istinadən verdiyi məlumata görə, 72 yaşlı biznesmen Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib.
Alvares 2016-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti prezidenti təyin olunub.
Bir neçə gün əvvəl koronavirus infeksiyasından "Real Madrid"in daha bir prezidenti Lorenso Sans 76 yaşında ikən vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31