Millimizin potensial baş məşqşisi “ev dustağı” oldu
14 Mart 2020 11:38 İdmanAzərbaycan futbol millisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biri olan italiyalı baş məşqçi Canni De Byazi "Abcnews.al" saytına açıqlama verib.
Olaylar.az bildirir ki, "Skype" vasitəsi ilə canlı yayıma qoşulan 64 yaşlı mütəxəssis koronavirus pandemiyası ilə bağlı danışıb.
Hazırda Venesiyadakı evində yaşayan təcrübəli baş məşqçi koronavirusa görə bütün tədbirləri gördüyünü və çölə çıxmamağa çalışdığını bildirib: "Həyatımda heç vaxt belə vəziyyətə düşəcəyimi düşünməmişdim. Ev dustağı oldum. Əlbəttə ki, çox çətin bir vəziyyətdir. Ancaq buna uyğunlaşmaq lazımdır. Virusa yoluxmamaq üçün mümkün qədər təmasdan çəkinməliyik. Məcburi olan işlər görüləcək, amma əsas olan evdə qalmaqdır. Çətin olacaq, amma bunu etməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31