Olimpiya məşəlinin estafeti DAYANDIRILDI — Koronavirusa görə
Olimpiya məşəlinin estafeti DAYANDIRILDI — Koronavirusa görə
13 Mart 2020 17:53 İdmanYunanıstanın Milli Olimpiya Komitəsi (MOK), koronavirus səbəbiylə Olimpiya məşəli estafetini dayandırmaq qərarına gəlib. Bu barədə komitənin rəsmi "Facebook" səifəsində məlumat verilib.
Məlumatda "Tokioda keçirilməsi planlaşdırılan 2020 Olimpiya Oyunlarının estafeti, Yunan torpağında dayandırılacaq. Bu qərar Səhiyyə Nazirliyi və Beynəlxalq Olimpiya Komitəsi ilə məsləhətləşmə ilə qəbul edilib" deyilir.
Martın 19-da məşəl Afina stadionunda qarşıdakı yarışların təşkilatçılarına təhvil verilməli idi. Bu şəkildə estafetin son mərhələsi Sparta olacaq. Olimpiya Oyunlarının təşkilatçıları məşəli tamaşaçısız boş stadionda təhvil alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31