“Arsenal”ın futbolçuları karantinə alındı
İngiltərənin “Arsenal” futbol klubunun bir neçə oyunçusu iki həftəlik karantinə alınıb.
11 Mart 2020 13:45 İdmanİngiltərənin "Arsenal" futbol klubunun bir neçə oyunçusu iki həftəlik karantinə alınıb.
Olaylar.az bildirir ki, bu barədə klubun saytı məlumat yayıb.
Buna futbolçuların fevralın 27-də "Olimpiakos"la (Yunanıstan) matçdan sonra koronavirusa yoluxmuş klubun prezidenti Evangelos Marinakislə ünsiyyət qurmaları səbəb olub.
Klub həmçinin, oyun zamanı Marinakisə yaxın əyləşən 4 əməkdaşını da karantinə göndərib.
Bununla əlaqədar olaraq, "Arsenal"ın ötən gün oynanmalı olan "Mançester Siti" ilə matçı təxirə salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31