UEFA yeni Çempionlar Liqası yaradır
UEFA yeni Çempionlar Liqası yaradır
5 Mart 2020 15:26 İdmanUEFA yeni turnir, Yaya Çempionlar Liqası təşkil edə bilər.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti 2021-ci ilin yayında klublar arasında yeni böyük turnir keçirməklə bağlı danışıqlar aparır.
UEFA rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri verməyi düşünür. Turnirdə təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31