Ronaldinyo polis tərəfindən saxlanıldı - Saxta pasporta görə

Ronaldinyo polis tərəfindən saxlanıldı - Saxta pasporta görə

Braziliya millisinin və "Barselona"nın sabiq ulduz futbolçusu Ronaldinyo saxlanılıb.

Olaylar.az  "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb ulduz futbolçunun saxta pasportdan istifadə etməsidir. 

O, Paraqvaya getmək üçün saxta sənədlərdən istifadə edib. Ronaldinyonun qaldığı otelə baxış keçirən polis saxta pasport aşkarlayıb. 

Qeyd edək ki, Ronaldinyonun 2018-ci ildə borcları səbəbindən ölkədən çıxışına qadağa qoyulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31