Basketbol çempionatı da təxirə salındı

Basketbol çempionatı da təxirə salındı

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb. "Olaylar"ın məlumatına görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında xəbər yayılıb. Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Azərbaycanda futbol oyunları təxirə salındı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31