Həbib məğlubedilməzi döyüşə çağırdı - Şərti var
Həbib məğlubedilməzi döyüşə çağırdı - Şərti var
2 Mart 2020 15:59 İdmanYüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov karyerasını bitirən amerikalı məşhur boksçu Floyd Meyvezeri döyüşə dəvət edib.
Dəvətlə bağlı danışan Həbibin meneceri Əli Əbdüləziz bunları deyib:
"Həbib qəfəs döyüşçüsüdür. 12 raundluq yarışın 11 raundu boks, 1 raundu isə qəfəs döyüşü ola bilər. Floydun buna cəsarəti varsa, gəlsin, gözləyirik".
H.Nurməhəmmədov isə aradakı yaş fərqinə diqqət çəkib.
"Floydun 43 yaşı var, atamla yaşıd sayılır. Onun üzünə necə yumruq atacağımı bilmirəm", - o bildirib.
Hələ ki, Floyd Meyvezer təklifə cavab verməyib.
Qeyd edək ki, karyerasını başa vuran F.Meyvezer 51 döyüşün hamısında qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31