Azərbaycan Avropa Voleybol Konfederasiyasının (CEV) növbədənkənar Baş Assambleyası təmsil olunub

Avstriyanın paytaxtı Vyanada Avropa Voleybol Konfederasiyasının (CEV) növbədənkənar Baş Assambleyası keçirilib.

Avstriyanın paytaxtı Vyanada Avropa Voleybol Konfederasiyasının (CEV) növbədənkənar Baş Assambleyası keçirilib. "OLAYLAR" -a Azərbaycan Voleybol Federasiyasından verilən xəbərə görə, 53 yerli federasiyanın qatıldığı yığıncaqda Azərbaycan Voleybol Federasiyasının (CEV) rəsmisi də iştirak edib.

Baş Assambleyada ölkəmiz AVF-nın baş katibi Cəlil Cəfərovla təmsil olunub. Tədbirdə bir sıra mövzular barədə fikir mübadiləsi aparılıb, vacib qərarlar qəbul edilib.

CEV uzun müddətdir media hüquqları üzrə əməkdaşlıq etdiyi "İnfront" ilə müqavilə də imzalayıb. CEV prezidenti Aleksandar Boriçiç və "İnfront"un rəhbəri Filip Blatterin imza atdığı anlaşma 2020-2032-ci illəri əhatə edəcək.

Müqaviləyə əsasən hər iki tərəf bunun faydalı olacağına inam ifadə ediblər. Bildirilib ki, bu anlaşma Avropa Voleybol Konfederasiyasına (voleybol və çimərlik voleybolu, qar voleybolu) böyük töhfələr verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31