Voleybolçular üçün festival keçiriləcək

Azərbaycan Voleybol Federasiyası da 29 fevralda voleybolçular üçün festival keçirəcək.

Dörd ildən bir təsadüf etdiyimiz 29 fevral tarixini Avropa Voleybol Konfederasiyası (CEV) #1DayMore4Volleyball (Voleybol Üçün Daha Bir Gün) devizi ilə bayram edir. Azərbaycan Voleybol Federasiyasından "OLAYLAR"-a daxil olan məlumata görə, Avropada bu gün ilk dəfə 2016-ci ildə qeyd edilib. Həmin gün CEV-in tərkibində olan federasiyalar müxtəlif tədbirlər, professional, həvəskar voleybolçular üçün matçlar keçirib və ən maraqlısı isə keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanmışdı.

Azərbaycan Voleybol Federasiyası da 29 fevralda voleybolçular üçün festival keçirəcək. Əvvəlcə voleybol ictimaiyyəti ümummilli Lider Heydər Əliyevin məzarının ziyarət edəcək. Sonra isə "Dərnəgül Voleybol Mərkəzi"ndə tədbir keçiriləcək.  "Azərbaycan Voleybol Federasiyası" İctimai Birliyinin Prezidenti Cavid Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimovun da iştirak etdiyi tədbirdə uşaqlar, voleybolçular üçün toplarla müxtəlif oyunlar nümayiş etdirəcək, musiqi proqramı baş tutacaq. Sonda istedadlı voleybolçuların seçimi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31