İngiltərədə başla oyunu qadağan etdilər

İngiltərədə başla oyunu qadağan etdilər

İngiltərə FutbolAssosiasiyası uşaq futbolunda qadağa tətbiq edib.Assosiasiya uşaq futbolunda başlaa oyunu qadağan edib. Uşaqlaratapşırılıb ki, topa başla zərbə vurmasınlar. Son vaxtlarİngiltərədə futbolun idmançıların sağlamlığına təsiri geniş şəkildəaraşdırılır. Məlum olub ki, futbolla məşğul olanlarda demans xəstəliyinətutulma adi insanlara nisbətən 3 dəfə çoxdur. Alimlər bunutopa başla zərbə vurmağın əlaməti hesab edirlər. Bu riski nisbətən azaltmaqüçün uşaqlara topa başla zərbə vurmaq qadağan edilib. Qadağa 12 yaşadəkuşaqlara tətbiq olunacaq. 12 yaşdan 17 yaşadək olanlara isə həftədə bir dəfə məşqlər zamanı topa başla zərbə vurmağa icazəveriləcək. Onu da deyək ki, qadağa rəsmi oyunlarda yox, məşqlərdə tətbiqolunacaq.

kaspi.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31